Kürə əlavə su buraxılacaq (VİDEO – FOTO)

k1EL TV (Region TV) xəbər verir ki, hazırda Mingəçevir SAnbarından Kür çayına saniyədə 160 kubmetr su axıdılır. Bu indi Kürün ətrafında yerləşən əkin sahələrinin suvarılması üçün kifayət edir. Misal üçün Kür çayı üzərində qurulan  68 nasos stansiyası vasitəsilə Zərdab rayonunun 35 min 775 hektar əkin sahəsinin suvarılmasında hələ ki,problem yaranmayıb.

Zərdab Suvarma Sistemləri İdarəsindən bildirilir ki, Kür çayının səviyyəsi yay aylarında aşağı düşdükdə stasionar nasos qurğularının suyu çəkməsində çətinliklər yaranır. Bu vəziyyət üzən nasos stansiyalarının işinə təsir etmir. 

Kür çayında suyun səviyyəsinin aşağı düşməsi üzən nasos stansiyalara o qədər də təsir göstərmir. Əkin sahələri lazımi qədər suvarma suyu  ilə təmin olunur”, – deyə Zərdab Suvarma Sistemləri idarəsinin baş mühəndisi Elşad Abdullayev bildirib. 

Fermerlər də suvarmada çətinlik yaşamadıqlarını bildirirlər. “Rayon üzrə bu il 800 hektara qədər pambıq əkilib. Bu pambıq sahələrinin digər bitkilərlə eyni vaxtda suvarılmasında heç bir narahatlıq yoxdur”, – deyə fermer Abdul Orucov vurğulayıb. 

Mingəçevir İxtisaslaşdırılmış Göl Stansiyasından isə deyirlər ki, hazırda Kürün səviyyəsinin normada saxlanılması üçün işlər görülür. Anbara ehtiyat su yığılır. 

“Hazırda Mingəçevir su anbarında suyun səviyyəsi 78 metr 96 santimetrdir. Anbardakı suyun hesabına normal səviyyə saxlanılacaqdır”, –  deyə Mingəçevir İxtisaslaşdırılmış Göl Stansiyasının rəisi Vaqif Məmmədov bildirib.Stansiyadan həmçinin bildirilir ki, yay aylarında ehtiyac yaranarsa, anbardan Kürə buraxılan suyun həcmi saniyədə 190-200 kubmetrə çatdırıla bilər.

k1 k2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR