​KXDR hakerləri Cənubi Koreyanın 42 min sənədini ələ keçirib

e06e715c-3c8f-4eac-98d6-346878567b9f_292Koreya Xalq Demokratik Respublikası (KXDR) bu ilin fevralında Cənubi Koreyanın dövlət müəssisələrinə haker hücumu təşkil edib və 42 mindən çox mühüm sənədi ələ keçirib.

“Report”un məlumatına görə, bu barədə “Renhap” agentliyi Koreya Respublikasının Milli polisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, güclü kiber hücumlar nəticəsində F-15 qırıcılarının çertyojları da oğurlanıb.

Rəsmi Seul və Vaşinqton son illər ərzində dəfələrlə məqsədyönlü kiber hücumlarına görə Pxenyanı ittiham ediblər. Lakin qarşı tərəf ittihamları rədd edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR