Qatil “Shacman”lar – Bəzi ölkələr onlardan imtina edib – VİDEO – FOTO

150f9650-9bb4-4fb2-8006-09a35eca83ecSon illər ölkə mətbuatında yol nəqliyyat hadisələri ilə bağlı xəbərlərdə Çin istehsalı olan “Shacman” markalı yük avtomobillərinin iştirakı ilə baş vermiş qəzalara tez-tez rast gəlirik. “ “Shacman” minik maşınına çırpıldı”, “ “Shacman” piyadanı vurdu” və digər bu kimi cümlələr xəbər manşetlərini zəbt edib. Bəs görəsən bu yük maşınlarının əksər yol qəzalarında adı niyə hallanır? Yollarda kabusa çevrilən bu maşınlar barədə daha ətraflı əməkdaşımızın materialında.

CTV (Region TV) xəbər verir ki, magistral yollarda respublikada aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar müxtəlif tikinti idarələrinə məxsus yük avtomobillərinə rast gəlirik. Bu nə qədər yaxşı hal olsa da idarələr işə götürdükləri sürücülər və istifadə etdikləri yük nəqliyyat avtomobillərinin seçimində məsuliyyətli olmalıdırlar. Ölkəyə gətirilən ağır tonnajlı maşınların sazlığı və texniki göstəriciləri yollarda yükdaşımanın rahat və təhlükəsizliyi baxımından çox vacibdir. Bu yaxınlarda Lənkəranda və ümumilikdə Cənub rayonlarında “Shacman” markalı yük maşınlarının iştirakı ilə baş verən qəzalar zamanı sürücülərin maşının əyləc sisteminin işləmədiyini bildirmələri bunu deməyə əsas verir ki, nasaz yük maşınları əhali üçün ciddi təhlükə olaraq qalır. “Shacman” yük maşınlarının törətdiyi qəzalara səbəbin sürücü ehtiyatsızlığından əlavə hansı amillərin olduğunu yük maşınlarının təmiri ilə məşğul olan ustalar belə cavablandırdı.

 Rafiq Əliyev – mexanik-usta

 “Ağır tonnajlı avtomobildir. Əyləc sistemi tez qızdığından işləmir. 40 ton yükün altında 10 ədəd təkər nə rol göstərə bilər? Ən çox hadisə törədən də qoşa ön təkərlilərdir. Əyləc onlarda zəifdir.”

 Çəkiliş zamanı rastlaşıdğımız bu yük maşınlarının sürücülərindən müsahibə almağa çalışsaqda bu istəyimiz baş tutmadı. İşlədikləri idarədən icazə verilmədiyini əsas gətirən sürücülərdən bəziləri şifahi olaraq bildirdi ki, qəzalara səbəb normadan artıq yük vurmaq, sürücü təcrübəsizliyi, sürət həddinin bu yük maşınları üçün nəzərdə tutulandan artıq olması, əyləc sisteminin tez-tez sıradan çıxması və gündəlik reys üzrə işləyən sürücülərin yaxşı istirahət edə bilməmələri, yəni yuxusuz olmaları ilə bağlıdır.

Televiziyamıza müsahibə verən usta Rafiq də sürücülərin istirahətsiz avtomobil hərəkət etdiklərini, bu zaman isə yollarda sükan arxasında yuxulu vəziyyətdə qəza törətdiklərini bildirdi. O, həmçinin  bəzi ölkələrin bu kimi yük avtomobillərdən imtina etdiyini də sözlərinə əlavə etdi.

 Rafiq Əliyev – mexanik-usta

 “Yük avtomobilinin sürücüsü 1 ton yükü 50 qəpikdən daşıyanda necə olar ki, həmin sürücü avtomobili təmir etsin. Yükdaşımaya yaxşı pul verilsə sürücü də az yük daşıyar və qəza törətməz.”

 Apardığımız araşdırmadan sonda belə qənaətə gəldik ki, yük maşınlarının sürücüləri daim idarə etdikləri avtomobillərin sazlığını diqqətdə saxlamalı, normal yuxu rejiminə riayət etməli və onlar üçün icazə verilən qaydada yükdaşımanı həyata keçirməlidirlər. Belə olacağı təqdirdə onların iştirakı ilə baş verən yol qəzaları heçə enər, insanlar arasında yaranmış “Shacman” xofu da aradan qalxmış olar.

bf9171a9-e7e7-49a3-8486-d20516264adb

f87697d5-6c66-45b3-9bc9-8ae89b2a798b

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR