​Liviyanın Sirt şəhərinin limanı İŞİD terrorçularından azad edilib

dd3d9435-efeb-4c2a-b529-c372102f7842_292Liviya silahlı qüvvələri Sirt şəhərinin limanını İŞİD terror təşkilatından azad edib.

“Report”un məlumatına görə, bu haqda “Reuters” agentliyi ölkənin şimal-qərbində Misrata şəhərində qərargahda mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 11 hərbçi ölüb, 30-dan çox əsgər yaralanıb. Sirtin İŞİD terror qruplaşmasından azad olunması əməliyyatının başlanması mayın əvvəlində elan edilib.

Çərşənbə günü ordunun terrorçuların edam üçün istifadə etdikləri şəhər körpüsünə nəzarəti öz əlinə alması məlum olub. Dünənki döyüşlərdə isə İŞİD komandirlərindən biri məhv edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR