London aeroportunda həyəcanlı anlar – Video

88489Londonun Hitrou hava limanında American Airlines şirkətinə məxsus A330 təyyarəsinin sərnişinləri təxliyyə olunub.
Moderator.az The Sun qəzetinə istinadən xəbər verir ki, 731 nömrəli reys ilə ABŞ-ın Şarlotta şəhərinə istiqamətlənən təyyarənin göyərtəsində tüstülənmə baş verib.
Hadisə şahidləri qeyd ediblər ki, təxliyyə zamanı qəza traplarından istifadə olunub.
Bildirilir ki, ümumilikdə 12 nəfər təyyarədən çıxarılıb.
Hadisə yerinə yanğınsöndürən birqadaları cəlb edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR