
CTV (Region TV) xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Digah kəndi ərazisinən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü 33 yaşlı Lənkəran şəhər Göyşaban kənd sakini Samir Əlihüseyn oğlu Ağayevin idarə etdiyi “VAZ-21 07” markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini 72 yaşlı Qurban Yelmar oğlu Abbasovu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı dərhal sürücü tərəfinən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib.
Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.