Messinin saqqalının sirri açıldı – FOTO

887831_479350Dünyanın ən istedadlı futbolçusu kimi qəbul edilən 29 yaşlı Lionel Messi öz adının yanına daha bir artırılmasına öz saqqalı ilə səbəb olub: xurafatçı.
FaktXəbər-in məlumatına görə, “Barcelona”nın ulduzunun bu radikal qərara yönəldən səbəb isə çox maraqlıdır.
Məlum olduğu kimi Messi, Argentina milli komandası ilə bu günə qədər heç bir nailiyyət əldə etməyib. “Barcelona”da qazanmadığı kubok qalmayan ulduz futbolçu, məhz bu uğursuzluğunu qırmaq üçün xurafata müraciət edərək, saqqal qoyub. Dünyanın ən yaxşı futbolçusu da olsa, uğur gəlməyincə batil inanclara sığınmaq məcburiyyətində qalıb.
Amma Messi bu yoldakı nə ilk, nə də son idmançı deyil.
“Real Madrid”in məşhur müdafiəçisi Roberto Karlos uğur qazanmaq üçün formasının altını kəsərək meydana çıxırmış.
Georgi Hacı isə meydançaya corabının alt hissəsini kəsərək çıxırmış.
Qolf tarixinin məşhur ulduzu Tigər Vudz illər boyu turnir finallarının keçirildiyi bazar günlərində qırmızıdan başqa rəng geyinməyib. Bu rəngdən istifadənin səbəbi isə Tigerın anasının doğulduğu Tailandda qırmızı rəngin uğur gətirdiyinə inanılmasıdır.
Fransa yığmasının əfsanəvi yarımmüdafiəçi Laurent Blank 1998-ci il Dünya Çempionatında oynadıqları hər matçdan əvvəl qapıçı Fabien Bartezin keçəlini öpürdü.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR