“Microsoft”dakı boşluqları tapanlar mükafatlandırılacaq

ap_microsoft_surface_ll_120619_wmainBu həftə “Microsoft” şirkəti “.NET Core” və “ASP.NET Core RC2 Beta” məhsullarında aşkar edilmiş boşluqlar üçün yeni mükafatlandırma proqramına start verib.

Qafqaznews.az  ıctnews.az-a istinadən xəbər verir ki, mükafatlandırma proqramı cari ilin 7 iyun tarixindən 7 sentyabr 2016-cı il tarixinədək qüvvədə olacaq. İstehsalçı aşkar edilmiş boşluq üçün 500 ABŞ dolları məbləğində minimum mükafat vəd edir. Maksimum mükafat 15 min dollar təşkil edəcək.

Şirkət məhsullarını mükafatlandırma proqramına əlavə etməklə proqramların yekun versiyasının buraxılışından öncə tədqiqatçılar cəmiyyətindən maksimum rəy almağa ümid edir.

Mükafatlandırma proqramı “.NET Core”, “ASP.NET Core RC2 Beta” və bu proqramların sonrakı versiyalarına şamil olunur. Proqramda iştirak etmək istəyən tədqiqatçılar “Windows”, “OS X” və “Linux” platformalarında işləyən “.NET Core”, “ASP.NET Core RC2 Beta” adlı proqramlarda aşkar edilmiş boşluqlar haqda hesabatlarını göndərə bilərlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR