Moskva vilayətində MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb, bir pilot ölüb

dc54f68e-333f-4f87-945c-497bd428a41f_292Moskva vilayətində qəzaya uğrayan MiQ-29 qırıcı təyyarəsinin pilotu həlak olub, onun cəsədi partlayan təyyarənin yaxınlığında tapılıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

*** 12:04

Bu gün səhər Moskva vilayətinin Puşkin rayonunda MiQ-29 çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Pilotların taleyi aydınlaşdırılır.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“MiQ-29 Moskva vilayəti Puşkin rayonu Muranovo kəndinin yaxınlığında qəzaya uğrayıb. İki pilotun taleyi məlum deyil. Yerdə xəsarət alan yoxdur”, – fövqəladə xidmətlərdə agentlik əməkdaşı bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR