“Namlı Kebap” restoranının sahibi Texniki Universitetin müəllimi çıxdı

Безымянный copyRestoranın əsl sahibi olduğunu etiraf edən Venera Əsgərova həm də QHT sədridir

İyunun 21-də Qafqaznews.az-da “Müştərini narazı salan “Namlı Kebap” restoranı həm də vergidən yayınır?” başlıqlı yazı dərc olunmuşdu.
Yazıda bildirilirdi: “Qafqaznews.az-a müraciət edən Bakı sakini İntiqam Həsənov bildirdi ki, 2 gün əvvəl “Sahil” metrostansiyası yaxınlığında dostları ilə adətən iftar etdiyi “Dafne” restoranına gedərkən, “Namlı Kebap”adlı restoranın içindən azan eşidiblər. “Biz qərara gəldik ki, ela burda oturaq. Soruşduq iftar menyunuz varmı, dedilər yox, amma münasib yeməklər təklif edə bilərik. Biz üç nəfər idik, lakin bir nəfər iftar tutmurdu, o sadəcə 5 manatlıq mərci şorbası içdi. İki nəfər üçün bir az salat, “Sirab” suları və iki pors da quzu soyutması gətirdilər. Hesab istəyəndə bizdən 92 manat 50 qəpik tələb olundu. Mən heyrətləndim.
Adətən, “Dafne” də iftar menyusu olur və 18 manata kabab, qovurma verirlər. Lakin bur12142432_1001942813192058_785219776_nda belə bahaçılığın olması məni qeyzləndirdi. Digər tərəfdən, verdikləri çekdə VÖEN qeyd olunmayıb. Mənə dedilər ki, guya onlara Mədəniyyət və Turizm Nazirliyindən belə deyilib. Sonra da dedilər ki, bəs arenda 12 min dollardır, o da edir 20 min manat, ona görə qiymətlər belə bahadır”, – deyə İ.Həsənov bildirdi.

“Namlı Kebap” restoranının administratoru Vasif Əsgərov bildirdi ki, onlarda konkret iftar menyusu yoxdur: “Həmin adamlar bizdən ən yaxşı yemək istədilər. “Quzu təndir” istəyiblər, onun da bir porsu 18 manatdır. Biz qiymətləri özümüz müəyyən edirik. Devalvasiyadan sonra belə, qiymətlərdə bahalaşdırmскачанные файлы (1)a etməmişik. Ramazan ayında içki vermirik, müştəriləri qaçırmağımıza rəğmən, bir ay ərzində içkisiz xidmət göstəririk”.
Vergilər Nazirliyinin əməkdaşı Murad İbrahimov Qafqaznews.az-a bildirdi ki, Vergilər Məcəlləsinin 50-ci maddəsinə görə, kassa-nəzarət aparatından verilən çeklərdə VÖEN qeyd olunur: “Əgər hansısa müəssisədə vətəndaşlara verilən çekdə VÖEN nömrəsi yoxdursa, bu, qanun pozuntusudur. Belə qanun pozuntusuna yol verənlərə qarşı VM-in 57-ci maddəsi əsasında sanksiya tətbiq olunur”.
Həmçinin, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da vurğuladı ki, VÖEN qeyd olunmayan çek vermək kobud şəkildə qanunu pozmaq deməkdir. Onun sözlərinə görə, VN-də qeyd olunmayan başqa aparatdan çek çap etməklə, müştərini aldadır və vergidən yayınırlar (Qafqaznews.az)”.
Bu yazıdan sonra Qafqaскачанные файлыz Xəbər Agentliyinə zəng edən Venera Yusif qızı Əsgərova adlı şəxs bildirdi ki, restoranın sahibi odur: “Oranı icarəyə götürmüşəm. Mən dövlət işində işləyirəm, Texniki Universitetdə müəlliməyəm. “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında hüquqdan dərs deyirəm. Siz bəlkə də məni tanıyarsınız. Mənim müxbirlərlə həmişə gözəl münasibətlərim olub. Dəfələrlə mükafat almışam”.
Lakin sonradan Venera Əsgərova təkidlə bildirdi ki, “Namlı Kebap”ın rəsmi olaraq sahibi kimi Kamal Özerolun adını yazaq, çünki öz adı həmin şirkətdə hüquqşunas kimi gedir.

13509874_252756345097766_1662583762_oEyni zamanda, Venera Əsgərova bizi qeyri-obyektiv olmaqda ittiham etdi: “Müştərilərə hesab veriləndə kiçik ölçüdə, VÖEN qeyd olunan çek verilir və yanında əlavə yediyi yeməklərin siyahısı təqdim olunur. Həmin çeklə qəbz bir-birinə tikilib verilir. Sizin yayımladığınız çek deyil… Mən uşaqlara da dedim ki, bəlkə, müştəri dostlarının yanında deməyə utanıb, pulu az olub, qaytarardınız…”. “Xanım, müştəri gəlib bu çeki bizə təqdim etdi, ona başqa çek verilmədiyini dedi. Həm də çekdə tikiş yeri yoxdur”, – deyə qeyd etdik.
Lakin Venera Əsgərova yenə də bizi qeyri-obyektivlikdə ittiham etdi.
“Siz özünüz qeyri-rəsmi bizneslə məşğulsunuz, amma bizi qeyri-obyektivlikdə günahlandırırsınız. Sizin təkzib mövqeyinizi dərc edərik” – deyə vurğuladıq.
Bu dəfə isə Venera xanım bizi təhqir etməkdə və “Ramazan ayında başqalarının haqqına girməkdə” günahlandırdı.original_5245227640c088fa628b4583_524522a6c8d05
Xatırladaq ki, biz kimsəni təhqir etməmişik və böhtan atmamışıq. Bizi təkidlə restorana dəvət edən xanımın nəzərinə çatdırırıq ki, “Namlı Kebap”la heç bir qərəzimiz yoxdur. Telefon söhbətimizin səs yazısı da var və ictimaiyyətə təqdim etməyə hazırıq.
Venera Yusif qızı Əsgərova ilə bağlı araşdırma zamanı öyrəndik ki, bu xanım həm də “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək”İctimai Birliyinin sədri imiş və QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant da alırmış. Buna bir söz demirik, lakin müəllim və QHT rəhbərinin biznes fəaliyyəti ilə məşğul olması, həm də öz biznesini başqasının adına rəsmiləşdirməsi bir sıra suallar doğurur.
Venera Yusif qızı Əsgərova 107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizəd olub. Görəsən, V.Əsgərova öz gəlir bəyannaməsində biznesini də qeyd etmişdimi? Və yaxud, Venera xanım millət vəkili seçilsəydi, yenə də jurnalistlərə zəng edib “Mən “Namlı Kebap”ın sahibiyəm” deyəcəkdimi?
Azərbaycan Texniki Universitetinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının veb-səhifəsində Venera Yusif qızı Əsgərovanın da adına rast gəlmək olar .
Kafedra müdiri, professor Ramiz İsgəndərov belə bir şəxsin kafedrada çalışdığını təsdiqlədi.
“Onun restoran sahibi olduğunu bilirsiniz? Özü bizə etiraf etdi. Sizin xəbəriniz var?”, – deyə soruşduq.
“Mən bilmirəm. O bizdə saathesabı dərs deyir. Müəllimlərin şəxsi işlərinə qarışmıram”, – deyə R.İsgəndərov cavab verdi.
Xüsusi olaraq Legion.az saytı üçün
Rüfət Əhmədzadə

 

1-2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR