NATO baş katibi: “Rusiyadan heç bir Alyans ölkəsinə təhlükə görmürəm”

00a8d310896fa15135629daeab553f73Rusiya heç bir Alyans ölkəsinə  təhlükə törətmir.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu NATObaş katibi Yens Stoltenberq bəyan edib.

“Mən Rusiyadan heç bir Alyans ölkəsinə təhlükə görmürəm. Bu gün hər bir sözə diqqətlə yanaşmaq gərginlik yaratmamaq vacibdir. Biz Rusiya ilə münaqişə axtarmırıq, “soyuq” müharibə istəmirik. Məqsədimiz münaqişə yox, dialoq üçün imkanlar yaratmaqdır”, deyə Y.Stoltenberq bildirib.

Bununla belə, Y.Stoltenberq deyib ki, rəsmi Moskva  NATO və Rusiya arasında Əməkdaşlıq və Təhlükəsizlik haqqında Əsas Aktın müddəalarına riayət etmir: “Bu sənəddə  müəyyən məhdudiyyətlərin mövcudluğuna baxmayaraq, Rusiyanın hərbi iştirakı əhəmiyyətli dərəcədə artıb”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR