Nazarbayev: “Ölkəni qadınlar idarə edə bilər”

606655_479572FaktXəbər-in məlumatına görə, Qazaxıstanda öz qızını baş nazirinin müavini təyin edən Nursultan Nazarbayev, ölkə rəhbərliyi üçün istedadlı qadınları önə çəkəcəyini vurğulayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə verdiyi açıqlaması zamanı bildirib ki, Qazaxıstanda ölkəni idarə edəcək istedadlı qadınlar çoxdur.

Fərid Zəkəriyə adlı jurnalistin “Siz qızınızı baş nazir müavini təyin etmisiniz. Qadın siyasətçinin Qazaxıstanda prezident ola bilərmi”? – sualına Nazarbayev belə cavab verib:

“Niyə də olmasın ki? Əlbəttə, ola bilər. Qazaxıstanda əhalinin 51 faizini qadınlar təşkil edir. Millət vəkillərinin 30 faizi qadınlardır. Bir neçə qadın nazirimiz var. Ona görə də belə  bir şey  mümkündür. Kifayət qədər savadlı qadın kadrlarımız var.”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR