Nazir rəisi işdən azad etdi

9b754dDaxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Avtosfer.az-ın məlumatına görə, nazirin əmri ilə Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin rəis əvəzi, polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilib. Nazirin digər əmiri ilə Azər Cahangirov Abşeron rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəsi müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Abşeron rayon polis idarəsinin rəis müavini polis polkovniki leytnantı Famil Kərimov tutduğu vəzifədən azad edilərək, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməliyyat müvəkili təyin edilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR