Nazirlik – “Bəzi dərman şirkətlərinə xəbərdarlıq olunacaq“

demn7Aparılan araşdırmalar nəticəsində son on gün ərzində 110 addan çox dərman vasitəsinin ölkəyə idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqların olduğu aşkar edilib

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə Analitik Ekspertiza Mərkəzində keçirilmiş iclasda bildirilib.
 İclasda qeyd edilib ki, sözügedən nöqsanlar əsasən dərman vasitəsinin qablaşdırmasının dövlət qeydiyyatından keçən formaya, içlik vərəqəsinin isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi formaya uyğunsuzluğu, bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil, digər dillərdə olması ilə əlaqədar olub.
Sonda Mərkəzin direktoru artıq Mərkəz tərəfindən qanunvericiliyə görə içlik vərəqəsində göstərilməli olan məlumatların ardıcıllığı nəzərə alınaraq içlik vərəqəsinin nümunəsinin hazırlandığını və 13 iyun tarixindən etibarən istifadəyə veriləcəyi, həmçinin müzakirə olunan məsələlərlə bağlı şirkətlərə xəbərdarlıq məktubunun göndəriləcəyini bildirib, ümumilikdə sözügedən sahədə yaranan problemlərin həllində birgə fəaliyyət göstərməyin əhəmiyyətini iştirakçıların nəzərinə çatdırıb.(lent.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR