Neft naziri: “İranın 200 milyard dollar investisiyaya ehtiyacı var”

567a62f8-a0dc-4b01-a1d8-6f8d806364ed_292“İranın neft və qaz sənayesini inkişaf etdirmək üçün xarici investisiyalara ehtiyac var”.

“Report” “Şana” agentliyinə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.

O deyib ki, hökumətin xarici investisiyadan istifadə etməkdə məqsədi neft və qaz yataqlarının inkişafı, yeni texnologiyanın gətirilməsi və məşğulluğun artırılmasıdır.

Nazir qeyd edib ki, “Beş illik İnkişaf Planı”nın məqsədlərinə nail olmaq üçün İranın 200 mlrd. dollar investisiyaya ehtiyac var və bu vəsaitin də 130 mlrd. dolları hasilata sərf olunmalıdır.

B.N.Zəngənə deyib ki, Neft Nazirliyinin ehtiyacı olan maliyyənin böyük hissəsi isə xarici sərmayədarlar tərəfindən təmin olunmalıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR