Neftin qiyməti 50 dolları keçdi

oil workerHərracların yekunu.

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 50,06 dollar olub.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 49,13 dollar təşkil edib.

Qeyd edək ki, şənbə günü hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 49,64 və 48,62 dollar təşkil etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR