“Neftin qiyməti 57 dollara qalxacaq”

neft_bahalasmaİlin sonuna kimi dünyada neftin qiyməti (“Brent” markası) 1 barel üçün 57 dollara qədər artacaq.

Qafqaznews.az Trend-ə istinadən bildirir ki, bu barədə “Nordea” Skandinaviya bank qrupunun neft bazarı üzrə analitiki Tina Saltvedt deyib.

O deyib ki, 2017-ci il ərzində neftin qiymətləri 63 dollar üzərində olacaq, ilin sonunda isə 66 dollara qalxacaq.

Bunun səbəblərini açıqlayan ekspert bildirib ki, ABŞ-da şist neftinin hasilatının azalması, Kanadada neft obyektlərindəki yanğınlar və Nigeriyada neft sahəsindəki problemlər qiymətlərin bahalaşmasına gətirib çıxarır.

“Nordea” qrupu 2016-cı ildə orta neft qiymətləri üzrə proqnozları 44-45-dən 47 dollara qaldırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR