Nüsrət Kəsəmənlinin şeir dəftəri hərraca çıxarıldı

146583_res_01Mərhum şair Nüsrət Kəsəmənlinin əlyazması olan şeirlər dəftəri hərraca çıxarılıb

“Qafqazinfo” xəbər verir ki, dəftər sosial şəbəkə vasitəsilə auksion və hərraclar təşkil edən səhifədə nümayiş etdirilir. Şeirlər üçün ilkin qiymət 200 manat nəzərdə tutulub. 1980-cı illərə məxsus olan dəftər əla vəziyyətdədir. Hərracın bitmə tarixi 16 iyundur.

Qeyd edək ki, səhifədə Bakı xanı Il Mirzə Məhəmmədin şəxsi möhürü də hərraca çıxarılıb. Bundan başqa, hərracda ilkin qiymət kimi 270 min dollar nəzərdə tutulmuş rəsm əsərləri belə var.

Daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:

https://www.facebook.com/auksion/posts/634637046693008

146585_src 146584_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR