Ölkə ayağa qalxdı – “Getmə, Leo” – FOTO

447802_000Argentina millisinin ulduz futbolçusu Lionel Messinin Amerika Kubokunun finalında Çiliyə uduzduqdan sonra yığmadan getməsi ölkədə böyük səs-küy yaradıb.

Qafqaznews.az anspress-ə istinadən bildirir ki,  artıq paytaxt Buenos-Ayres küçələrində elektron reklam monitorlarına “no te vayas Lio” (“getmə, Leo”) deyə yazılar yerləşdirilib.

Bu aksiya şəhər merinin tapşırığı ilə həyata keçirilir. Ötən gün Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina millisi ilə vidalaşan Lionel Messi üçün heykəl ucaldılıb.

Heykəlin açılışı zamanı şəhər meri Orasio Rodriges Larreta qərarını dəyişməsi üçün Messiyə müraciət edib.

“Bir futbol azarkeşi kimi səndən xahiş edirəm, Leo, qərarını dəyiş. Sənə olan sevgimiz və dəstəyimizin əlaməti olaraq Paseo de la Qloriyada sənə heykəl ucaldırıq”, – deyə mer bildirib.

Argentina yığmasının və “Barselona”nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub. Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra bu qərara gəlib.

Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyununun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çilililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika Kubokunun qalibi olub. Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.

“Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır”, – deyə 29 yaşlı hücumçu bildirib.

Finalda məğlubiyyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu “Barselona”nın uğurları üçün çalışacağını bildirib

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR