Ölümdən qaçışı əks etdirən 3 saniyəlik – VİDEO

9383a9Yolun kənarındakı daşın üzərində oturan oğlan ölümdən cəmi 3 saniyədə xilas olub. Avtosfer.az-ın məlumatına görə, sürətlə hərəkət edən avtomobilin yoldan çıxdığını görən həmin gənc maşının ona tərəf gəldiyini görüncə yerindən sıçrayaraq kənara atılıb. Cəmi 3 saniyə sonra avtomobil yüksək sürətlə oğlanın oturduğu daşa çırpılıb və yoldan çıxaraq aşıb. Bunu görən həmin oğlan maşındakı kömək etmək üçün qaçmağa başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR