“Onu bağışlamaq çətindir” – Göyçay Məhkəməsi vətəndaşdan qisas almağa davam edir

D191399E-0AAC-4DB8-AD90-C8A665E52F57_cx0_cy3_cw0_mw1024_s_n_r1İyunun 20-də Qafqaznews.az saytında “Göyçay Məhkəməsi vətəndaşdan qisas alır?” başlıqlı yazı dərc olunmuşdu.

Göyçay rayonu, Qarabaqqal kəndi, Hüsü Hacıyev 126 ünvanında yaşayan Mirsadiq Ağamusa oğlu Həmidov əsassız təzyiq və böhtanlarla üzləşdiyini bildirir. Qafqaznews.az-a müraciət edən M.Həmidov ailəsinin torpaq mübahisəsi işi üzrə açılan məhkəmə prosesinin ləng getməsi ilə yanaşı, həm də özünə hakim Fərhad Əfəndiyevin köməkçisi tərəfindən şər atıldığını qeyd edib.

“Göyçay rayon, Qarabaqqal kəndində ailəmizə məxsus 72 sot torpağımız var idi. Onun 62 sotunu sənədləşdirmişdik. 10 sotu isə mübahisəli olduğunda görə məhkəməyə müraciət etmişdik. Belə ki, qonşu Nəriman Məmmədov həmin ərazini zəbt etmişdi.  Martın 11-də məhkəmədə tanışlıq iclası keçirildi. Lakin qarşı tərəf məhkəmədə iştirak etmədiyindən, hakim Fərhad Əfəndiyev bildirdi ki, məsələ ilə bağlı 10 gün ərzində ekspertiza təyin olunacaq, daha sonra məlumat veriləcək. Amma xeyli müddət keçdi, nə ekspertiza edildi, nə də bizə xəbərdarlıq gəldi. Atam xəstə olduğu üçün, bu işlə mən maraqlanmağa qərar verdim. Məhkəmədən dedilər ki, hakim köməkçisi Ülkər Kərimovadan məlumat alım. Köməkçi isə dedi ki, başı qarışıqdır, bunun üçün heç bir cavab verə bilməyəcək. Bildirdi ki, gedib başqa vaxt müraciət edim. Ondan əlaqə nömrəsini istədim. Kağıza qaralanmış bir nömrə yazdı, aydın oxumaq olmurdu. Neçə dəfə yığdımsa, zəng çatmadı.13480461_251235705249830_448905510_n-1
Yenidən köməkçinin yanına gedib ona müraciət edəndə mənimlə kobud danışıb qovdu. Mən də elə məhkəmə binasındaca əl telefonumla Ədliyyə Nazirliyinin “Qaynar xətti”nə müraciət etdim. Oradan isə əvvəl mənə yazılı surətdə bildirildi ki, şikayətimlə bağlı məsələyə baxılacaq, lakin sonradan Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin aparıcı məsləhətçisi Həlimə  Alıyeva məhkəmə işlərinə qarışmadıqlarını bildirdi”, – deyə M.Həmidov qeyd edib.

Mirsadiq Həmidovun sözlərinə görə, Ü.Kərimova ondan “Qaynar Xətt”ə şikayət etdiyinə görə qisas alır: “Qəribə bir vəziyyət yaranıb.Bizim məhkəmə işini, ekspertizanı ləngidirlər, amma mənim özümə iş açırlar, tutdurmaq istəyirlər. Görəsən, onlardan narazı düşən başqa vətəndaşları da bu cür cəzalandırırlar?”.

Qafqaznews.az saytı olaraq, Göyçay Prokurorluğu və Göyçay RPŞ ilə də əlaqə saxlamış, öyrənmişdik ki, Mirsadiq Həmidovla bağlı inzibati iş açılıb və iş artıq məhkəmədədir.Hakim köməkçisi Ülkər Kərimova da bizimlə çox danışmaq istəməmiş, Mirsadiq Həmidovun ona qarşı kobud davrandığını bildirmişdi.

13480108_251236511916416_752782599_nİyunun 23-də Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin aparıcı məsləhətçisi Həlimə  Alıyeva ilə əlaqə saxladıq.  H.Alıyeva bildirdi ki, məhkəmə orqanı icra orqanından ayrıdır və onların işlərinə qarışa bilməzlər: “Biz məsələni araşdırmaq üçün Göyçay Məhkəməsinin sədrinə məktub göndərmişdim. Mirsadiq Həmidovla bağlı iş açıldığından da xəbərim var. Məsələni araşdırırıq, rəhbərliklə məsləhətləşib vətəndaşın özünə cavab verəcəyik”.

İyunun 24-də Mirsadiq Həmidov Qafqaznews.az-la əlaqə saxlayaraq, Ülkər Kərimovanın Samir adlı iş yoldaşının onun qohumları vasitəsilə zəng etdiyini və bu məsələdə barışıq istədiyini bildirdi. Lakin M.Həmidov qeyd etdi ki, məsələnin “sülhlə” bitəcəyinə, onunla bağlı açılan işə xitam veriləcəyinə şübhə edir. Eyni zamanda, M.Həmidovun ailəsinin torpaq mübahisəsi Göyçay RM-də olduğunu nəzərə alsaq, vətəndaşın bundan sonra da problem yaşayıb-yaşamayacağı barədə suallar yaranır.Biz məsələni dəqiqləşdirmək üçün, Ülkər Kərimova ilə yenidən əlaqə saxladıq.

Ülkər Kərimova barışıq məsələsindən xəbərsiz olduğunu, hələ iş yoldaşı ilə görüşmədiyini bildirdi.

“Bilmirəm… Onun elədiyi kobudluğu bağışlamaq çətindir. Belə baxanda, mənim ona məlumat verməyə də borcum yox idi. Mən niyə başqalarına, məhkəmədə tərəf olmayan birinə nömrə verməliyəm”, – deyə Ü.Kərimova bildirdi. “Xanım, onun atası xəstədir, ona görə də özü gəlmişdi məhkəməyə. Amma o da sizin kobudluq etdiyinizi deyir. Belə anladım ki, heç bir barışıq olmayacaq və elə mətbuatın dediyi kimi, siz ondan qisas alırsınız?” – deyə soruşduq.

“Yox, qisas niyə… Mən başa düşürəm, tələbədir, gəncdir… Onların ekspertiza məsələsi də artıq həllini tapıb. Gəlib nəticəni götürə bilərlər. Barışmağa gəlincə isə… Baxarıq”, – deyə Ülkər Kərimova Qafqaznews.az-a cavab verdi.

Rüfət Əhmədzadə

Qafqaznews.az

13514260_251235728583161_1742850257_n

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR