Oruc tutanlar bu qaydalara əməl etsinlər

441216İyunun 7-si on bir ayın sultanı ramazan başlayır. Artıq bir neçə ildir ki, orucluq yay aylarına təsadüf edir. Bu il ramazan ayında təxminən 17 saat ac qalmaq lazımdır. Bu vəziyyəti imsak və iftar arasında sağlam şəkildə nizamlamaq əhəmiyyət daşıyır. Aile.lent.az türkiyəli dietoloq Tuba Örnəkin bu barədə məsləhətlərini təqdim edir.

Dietoloq qeyd edir ki, ramazan ayında təxminən 17 saat davam edən aclıq vəziyyətini idarə edə bilmək imsak və iftarda doğru və balanslı qidalanma proqramı ilə mümkün ola bilər: “Uzun müddət davam edən aclıq bədəndə maddələr mübadiləsinin sürətini yavaşladır. Qidalanma proqramındakı məqsəd çəkini sabit saxlamağa çalışmaq olmalıdır. Ramazandan əvvəl çəki vermə müddətində olan insanlar üçün də məqsəd arıqlamağa davam etmək deyil, eyni çəkini qorumağı dəstəkləməlidir”.

T. Örnek oruc tutanlar üçün bəzi məsləhətlər də irəli sürüb.

– Susuzluğun qarşısını almaq üçün orucdan əvvəl və sonra təxminən 2 litr su için.

– Həddindən artıq kaloriyə səbəb ola biləcək şəkərli, kremli, qaymaqlı, qızardılmış ağır yeməklərdən, kolbasa, sosis kimi işlənmiş yağlı qidalardan, turş və şəkərli içkilərdən, susuzluğu artıran şoraba və turşulardan uzaq durun.

– İmsakda yavaş həzm edilən və gün boyu təsirini davam etdirən lifli qidalara üstünlük verin. Tərəvəz, meyvə və lifli çörəklər əhəmiyyətlidir. Eyni zamanda nahar tərzində olan, zülal ehtiva edən pendir və yumurta yeyin.

– İftarda yeməyə 2-3 dənə xurma ilə başlamaq yaxşı ideyadır. Xurma karbohidrat, lif,  kalium və maqnezium qaynağıdır. Sonra  şorba ilə yüngül bir başlanğıc edib ara verməklə və yavaş-yavaş çeynəyərək çox ədviyyatlı olmayan, qızardılmayan və az duzlu ana yeməyə keçə bilərsiniz. Yeməyinizə tam taxıllı qidalar yoldaşlıq edə bilər.

– Kofeinli içkiləri (çay, qəhvə və s.) məhdudlaşdırın. Çünki bunlar sidikqovucu təsirə malikdir. Yəni bədəndən maye itkisinə səbəb olurlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR