Özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edən dələduz – VİDEO

img2100894O, şübhə doğurmamaq üçün şəxsiyyət vəsiqəsini aldatdığı şəxslərə zamin kimi verib.

Tərtər rayonu, Qaradağlı kəndində anadan olan, Bakı şəhərindəki Xutor qəsəbəsində kirayədə yaşayan Müslüm Mustafayev özgə əmlakını ələ keçirməkdə günahlandırılır.

Qafqaznews.az EL TV-yə istinadən xəbər verir ki, özünü Prezident Admnistrasiyasının xüsusi şöbəsinin işçisi kimi təqdim edən Müslüm Mustafayev Zərdab rayonun Alıcanlı kəndinin bir neçə sakinini dələduzluq yolu ilə aldadıb.

Həmin şəxslərə özünü Musa kimi tanıdan Müslüm Mustafayev kənd sakini Arif Əsgərovun Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd verərək onun 1000 manat məbləğində pulunu mənimsəyib.

Digər şəxs Niyazi Abbasovu və Mahir Əsgərov adlı şəxsin oğlunu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edərək hərəsindən 500 manat, Aqil Nəcəfov adlı şəxsi ona ünvanlı dövlət sosial yardım təyin olunacağı ilə aldadaraq 200 manat pul alıb.

O, şübhə doğurmamaq üçün şəxsiyyət vəsiqəsini aldatdığı şəxslərə zamin kimi verib.

Əvvəllər də dəfələrlə dələduzluq əməlinə görə məhkum olunan Müslüm Mustafayev bu cinayəti dolanışıq məqsədilə etdiyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR