Parisdə çayın səviyyəsi 6 metr yüksəlir-FOTO

img2100415Proqnozlara əsasən Parisdəki Seine çayının hündürlüyünün normadan 6 metr yüksəlməsi səbəbindən daşqının səviyyəsi cümə axşamı pik həddə çatacaq.
Dəyərli incəsənət əsərlərinin təhlükəsiz yerə aparılması üçün dünyaca məşhur Luvr və Orsay muzeyləri bağlanıb.
Fransa və Almaniyanı cənginə alan daşqınlar azı 11 nəfərin ölümünə və minlərlə insanı evini tərk etməsinə səbəb olub.
Həftə sonları Fransadan Ukraynaya doğru bütün Mərkəzi Avropa üzərində leysan yağışların yağacağı proqnozlaşdırılır.
Cənubi Almaniyada bir neçə şəhər daşqınlar səbəbindən bərbad hala düşüb, yağışlar Belçika və Polşaya da təsirsiz ötüşməyib.
1910-cu ildə daşqın bu heykəlin çiyninə qədər çatmışdı
1910-cu ildə daşqın bu heykəlin çiyninə qədər çatmışdı Image copyrightREUTERS
Fransa prezidenti Francois Hollande deyib ki, hava ciddi iqlim fenomeni və qlobal çağırışdır.
Parisdə Seine çayının məcrasından çıxan ərazi boyunca maneələr yerləşdirilib.
Seine çayı boyunca mərkəzi Parisdə hərəkət edən dəmiryol xətti bağlanıb. 25 minə yaxın insan Paris və mərkəzi Fransada işıqsız qalıb.
Nemours şəhər mərkəzindən 3000 insan təxliyə olunub. Seine çayının qolu olan Loing çayının səviyyəsinin 1910-cu ildən bu yana yüksəldiyi görünməmişdi.
Altı həftəlik yağışın üç gün ərzində Loiret ərazisinə yağması bütün yolları iflic edib və sürücüləri maşınlardan istifadədən imtina etməyə məcbur edib.
Almaniyada daşqınlar küçələri cənginə alıb
Yaxın günlərdə Almaniyada azı 9 nəfər dünyasını dəyişib, daha bir neçə nəfər itkin düşüb.
Kansler Angela Merkel deyib ki, həyatını itirənlərin xatirəsini anmaq üçün ölkə matəmdədir.
Ən dəhşətli hadisə cənubi Almaniyada, Bavariyada baş verib. 78 yaşlı qadın, onun 56 yaşlı qızı və 28 yaşlı nəvəsi evlərinin zirzəmisində boğulmuş vəziyyətdə aşkar olunub.
Həftənin əvvəlində Almaniyanın cənub qərbindəki daşqınlar səbəbindən 4 nəfər dünyasını dəyişib.
Belçikaya da leysan yağış yağıb. Antwerp, Limburg və Liege şəhərləri ətrafında daşqınlar qeydə alınıb (BBC).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR