Parolimpiyaçı məhkəmədə protezini çıxardı – VİDEO

img2112516Məşhur atlet Oskar Pistorius hakimdən onun qüsurlu olduğunu nəzərə almasını istəyib.
Cənubi Afrikada model sevgilisini qətlə yetirməkdə təqsirləndirilən məşhur paraolimpiyaçı Oskar Pistorius, məhkəmədə protez ayaqlarını çıxarıb. Pistorius amputasiya olunmuş sonluqları ilə zalda axsaya-axsaya gəzib.
ANS PRESS-in məlumatına görə, onun vəkili Barri Ruks bununla, məhkəmənin diqqətini onun fiziki qüsurlu olmasına çəkərək, ona yüngül cəzanın verilməsini istəyib. Məhkəmə zalında olan bəzi insanlar, həmçinin Pistorius özü gözyaşlarını saxlaya bilməyib. 6 qat paraolimpiya çempionu hələ körpə olan zaman  ayaqlarını itirib. 2012-ci ilin London Oyunlarında protez ayaqlarla qaçmaqla Olimpiya oyunlarında iştirak edən ilk paraolimpiyaçı kimi tarixə düşüb.
Məhkəmə hazırda ev dustağı olan Pistoriusun ehtiyatsızlıqdan adam  öldürmə ittihamını adam öldürmə maddəsinə dəyişib. Paraolimpiyaçı 2013-cü ildə şəxsi evində qapının arxasında olan sevgilisi Riva Stenkampa odlu silahdan atəş açaraq qətlə yetirib. Pistorius sevgilisinin evə daxil olmuş oğru olduğunu sanıb, atəş açdığını əmin edir. Sentyabrın 6-da məhkəmənin onun barəsində yekun qərar çıxaracağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR