“Partlayış öncəsi ərəfədəyik” – Metsamor çox insanın həyatına son qoya bilər-VİDEO

Снимок“Əsirin boynuna zəncir keçirib işlədirlər” – Erməni vəhşiliyi.

Martirosyan da “Stop Metsamor” kampaniyasına qoşuldu.

Ermənistanda olan azərbaycanlı əsir və girovlar daş karxanalarında işlədilir, həmvətənlərimizə ağır işgəncələr verilir. Tükürpədən faktlar Stop-Metsamor qeyri hökumət təşkilatlarının beynəlxalq koalisiyasının qurulması haqda bəyannamənin qəbulu zamanı açıqlanıb.

Region TV-yə ekskluziv açıqlama verən Beynəlxalq erməni iddialari ilə mübarizə təşkilatının sədri rəsmi Yerevanın bu addımını insan haqlarına zidd adlandırıb. Bəyannamədə Ermənistan Atom Elektrik Stansiyasının regiona təhlükəsilə bağlı dünya ictimaiyyətinə müraciət qəbul edilib.

Ermənistan əsirliyində olan Azərbaycan vətəndaşlarını ağır şəraitdə işlətməklə, onlara işgəncələr verməklə işğalçı dövlət olduğunu bir daha sübut edir. Türkiyədən Ermənistana iş üçün gedənlər bölgəyə səfərləri zamanı gördükləri faktlar barədə Beynəlxalq erməni iddialari ilə mübarizə təşkilatina məlumat veriblər.

Göksel Gülbey – Beynəlxalq erməni iddialari ilə mübarizə təşkilatının sədri: “Ermənistana gedən insanların telefonları, səsyazma cihazları əllərindən alınır. Türk əsilli vətəndaşların bölgəyə buraxılması mümkün deyil. Türkiyədən ora ancaq PKK ilə əlaqəsi olan insanlar gedə bilirlər və orada sərbəst hərəkət edirlər”.

Əsirlikdə olan həmvətənlərimizin başına gətirilən oyunlar qan dondurur. Sözdə ədalət, sülh istəyən, insan haqlarını qoruyan beynəlxalq təşkilatlarsa bütün bunların fonunda sadəcə susur.

Göksel Gülbey – Beynəlxalq erməni iddialari ilə mübarizə təşkilatının sədri: “Həbsxanada olan İğdırlı dostumuz deyir ki, ora bir azərbaycanlı əsir gətiriblər. Heyvanların boynuna bağlanan zəncir, o əsrilərin də boynuna bağlanırmış. Gündüz əsiri işlədir, gecə də o formada yerinə gətirirmişlər. Həmin əsir İğdırlı vətəndaşlarla söhbətində deyib ki, bizi daş karxanasında işlədirdilər”.

Ermənistanın törətdiyi əməllər bununla bitmir. Metsamorun bu günədək fəaliyyətdə olması təkcə Azərbaycan üçün təhlükə deyil. Bu, Gürcüstan, Türkiyə, İsrail, Ukrayna, İran, Belarus, Rusiya, Qazaxıstanla yanaşı Ermənistanın öz əhalisini də ciddi narahat edir. Qeyri Hökümət Təşkilatlarının iştirakı ilə “Stop-Metsamor” beynəlxalq koalisiyasının təsisi bunu deməyə əsas verir.

Şaden Zaytsev – Rusiyalı QHT sədri: “Türkiyə və Rusiya istəsə, Metsamorla bağlı məsələni həll edə bilər. Bu problemin həlli regiondakı bütün ölkələrin xeyrinə olacaq”.

Liya Nadaraya – Gürcüstanlı QHT sədri: “Bizim ekologiya ilə bağlı bir çox problemlərimiz var. Biz partlayış öncəsi ərəfədəyik. Bunun qarşısını tez almaq lazımdır. Bütün qüvvəmizi səfərbər edib, effektiv şəkildə bunu həll etməliyik”.

Vaan Emilyeviç Martirosyan – Ermənistan “Beynəlxalq Azadlıq Hərəkatı” təşkilatının sədri: “Mən “Stop Metsamor” kampaniyasına qoşuluram. Artıq xeyli müddətdir ki, Ermənistanda özünü hakimiyyət elan etmiş bir qrup qeyri-leqitim insan dövlət və xalq əleyhinə siyasət aparır. Ölkənin bütün stateji orqanlar nəzarətsiz və idarə olunmayan səviyyədədir. Təəssüf ki, “Metsamor AES” də bu aqibəti yaşayır. Bir neçə il əvvəl Avropa İttifaqı bu stansiyanı konservasiya etməyə çağırdı və bu məqsədlə 200 milyon dollar xərcləməyə hazır idi. O vaxt danışıqlar Enerji Nazirliyi ilə aparıldı. Onlar isə öz növbəsində “Metsamor”da baş verən qanunsuzluqlara göz yumdular”.

Bu stansiya ərazini çirkləndirmək, yeraltı suları zəhərləməklə yanaşı, insan sağlamlığı üçün də ciddi təhlükədir. Ağrı dağın ətraf ərazilərində yaşayan əhalinin ölüm səbəbi eynidir. Xərçəng. Ya nəfəs ya da hava yolu ilə keçən bu xəstəlik Metsamor bağlanmadıqca hələ çox insanların həyatına son qoyacaq. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR