Penitensiar Xidmətə yeni rəis təyin olunub

a5988778-23d6-45af-b055-05cfe57da89b_292Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib.

C.Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyevolub.

M.Quliyev Azərbaycan Respublikası Prezidentinin 20.10.2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR