Polis 1 yaşlı körpəni anasından nə haqla aldı? – Səbaildə hadisə

publika.az1427966833polis102asMehriban Zeynalova: “Polisin nə ixtiyarı var ki, məhkəmə icraçılarının işini görsün?”

İyunun 19-da “Səbail rayonunda polis laqeydliyi: Həyat yoldaşını döyənlər məsuliyyətə cəlb olunmur?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda iyunun 12-də intihara cəhd edən Səbail rayon, 20-ci sahə, A.İsmayılov küçəsində yaşayan İradə Dövlətxan qızı İsmayılovanın başına gələrdən söz açılmış, İ.İsmayılovanın nümayəndəsi Ellada Bayramovadan açıqlama dərc olunmuşdu.

13474107_250176932022374_1099695787_n-1“İradə qollarını küçədə və keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Niyazi İsmayılovun gözləri qarşısında doğrayıb. Onlar 2013-cü ildə evləniblər, 2015-ci ilin sentyabrında ayrılıblar. Niyazi hamilə vaxtı da İradəni döyürdü, sonra boşanmaq istədikdə gəlib atasını da döyüb. Onlar 20-ci sahədə həyət evlərində qalırlar, qonşudurlar. Tez-tez uşağı görmək bəhanəsiylə gəlib işıqlarını söndürüb, qazlarına müdaxilə edir, İradəni döyür. Bir yaşlı körpəni neçə dəfə oğurlamağa çalışıb. İradədən başqa, qeyri-rəsmi yaşadığı başqa qadın da var. Mən neçə dəfə İradəni qorumağa çalışmışam, polisə də müraciət eləmişik, heç bir iş görülməyib. Gəlib məni də təhqir edib”, – deyə E.Bayramova vurğulayıb. Onun sözlərinə görə, Niyazi İsmayılov yüksək rütbəli məmurların adından istifadə gələrək, polisdən yayınır.

“Tibbi ekspertiza nəticələri də var. Dəfələrlə müraciət edib, 102-yə zəng edib, ərizə də yazıb, amma İradə İsmayılovanı eşidən yoxdur. Biz yenə də 41-ci bölməyə müraciət etmişik, burda intihar həddinə çatdırma faktı var. Lakin bir tədbir görülmür”, – deyə İ.İsmayılovanın nümayəndəsi qeyd edib.Araşdırma zamanı, biz dəfələrlə rayonun hüquq mühafizə orqanlarından məlumat almağa çalışdıq, bizimlə danışmaq istəmədilər. Təhqiqatçı İlqar Mirzəyevlə söhbətdən belə anladıq ki, intihar həddinə çatdırma faktı ilə bağlı heç bir tədbir görülməyib. lqar Mirzəyev bildirdi ki, sənədlər prokurorluğa göndərilib. Nə kimi qərara gəldiklərini isə təhqiqatçı bizə bildirmədi.“İradə İsmayılova bundan 41-ci Polis bölməsinə dəfələrlə müraciət edibmi?”“Edib. Mən məşğul olmamışam. Amma tədbir görülüb”, – deyə təhqiqatçı bildirdi.
“Nə kimi tədbir görülüb?” sualımıza İlqar Mirzəyev “Niyazi bölməyə çağırılıb” – deyə cavab verdi.

Hər hansı inzibati tədbir haqqında soruşduqda isə, 41-ci PB-nin təhqiqatçısı “Ay qardaş, nə istəyirsən?” sualını verdi. “Mən bilmək istəyirəm, Niyazi İsmayılov indi hardadır? Məsuliyyətə cəlb olunubmu?” – deyə bir daha soruşduq13459726_249861678720566_2027744193_n. “Evdədir. Mən bilmirəm, gedin maraqlanın”, – deyən İlqar Mirzəyev dəstəyi asdı.

İyunun 21-də biz Səbail RPİ və 41-ci polis bölməsinin əməkdaşları ilə əlaqə salxayaraq, sözügedən məsələ ilə bağlı hər hansı tədbir görülüb-görülmədiyini öyrənməyə çalışdıq. Təəssüf ki, bizim suallarımız yenə cavabsız qaldı. Biz İradə İsmayılova ilə əlaqə saxladıq. O bildirdi ki, N.İsmayılov hamilə vaxtı da onu və köməyə gələn atasını döyüb, amma hara şikayət etsələr də, nəticəsiz qalıb.“Üzbəüz qonşuyuq. İndi saxladığı qadını da gətirib. Ondan da iki uşağı var. Mən bankda işləyirdim, məni orda da qoymadı işləməyə. İndi işsizəm, işləmək bir yana, uşağı bayıra gəzdirməyə çıxara bilmirəm. Tez-tez gəlib dava salır. Uşağı görmək bəhanəsi ilə mənə və valideynlərimə zülm verir. Polis isə heç bir tədbir görmür. Bu günlərdə prokurorluq və ombudsmana şikayət etmişəm. Iyunun 14-də sahə müvəkkili Aqil gəlib uşağı ona verdi ki, “yazıqdır, uşağı görmək istəyir”. O da 1 yaşlı körpə uşağı saatlarla aparıb sonra gətirdi. Aylarla aliment vermir, 158 manat ayda aliment verməlidir. Görüş məsələsini13480344_249856175387783_172188164_n isə qoy məhkəmə müəyyən etsin, ondan sonra uyğun qrafiklə uşağı gəlib görər. Hər gün uşağı bəhanə edib dava salır”, – deyə İ.İsmayılova Qafqaznews.az-a bildirib. İradə İsmayılovanın nümayəndəsi Ellada Bayramova Qafqaznews.az-a bildirib ki, iyunun 17-də axşam saatlarında İ.İsmayılovanın evində olarkən,  N.İsmayılov yenidən evə hücum çəkib.

“Niyazi İsmayılov qəfildən pəncərəni çırpmağa başladı. Pəncərədən mənə işarə edirdi ki, çölə çıxım. Saat 21:00 radələriydi. Oradan getmək üçün taksi çağırdım. Elə küçəyə çıxmışdım ki, üstümə gəldi. Əlində ülgücə bənzər parıldayan nəzə vardı. Çantamın qulpu qırılıb əlində qaldı. Çətinliklə maşına əyləşdim. Arxamca məni söyməyə və ölümlə təhdid etməyə başladı. Həmin vaxt zorla ərazidən uzaqlaşdım. Onunla bağlı Səbail rayon 41-ci polis bölməsinə müraciət etmişəm. O, məni ölümlə hədələyib.Onun hərəkətləri açıq-aşkar hədə -qorxudur. Məndən sonra hüquqlarını müdafiə etdiyim şəxsin evini daşa basıb. Onlara da hədə-qorxu gəlib.Mənə qarşı kinlidir. Çünki ona qarşı İradəni qoruyuram. Həm də qeyd edim ki, onların boşanma məsələsi olarkən, Niyazi ilk mənə müraciət etmiş və nümayəndəsi olmağımı xahiş etmişdi. Lakin mən İradənin haqlı olduğunu gördükdə onun tərəfinə keçdim, həm rəfiqəsi və həm də hüquqlarının müdafiəçisi oldum. Biz ombudsmana və Baş Prokurorluğa müraciət etmişik. Ümid edirəm ki, bir nəticəsi olacaq. Onun İradədən və məndən uzaq durmasını tələb edirik”, – deyə E.Bayramova Qafqaznews.az-a qeyd etdi.images-cms-image-000007996

Hüquq müdafiəçisi, “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hadisə barədə məlumat aldıqdan sonra bildirdi ki, uşağın atasıyla görüşməsi ilə bağlı proseduru məhkəmə müəyyən edir və narazı qalan tərəf ilk əvvəl məhkəmə icraçılarına müraciət etməlidir: “Polisin nə ixtiyarı var ki, məhkəmə icraçılarının işini görsün, 1 yaşlı körpəni anasından alsın? Ümumiyyətlə, polisin belə bir hadisəylə bağlı hansı tədbir görməsi mənə maraqlı gəldi. Görəsən, intihar həddinə çatdırma faktı ilə bağlı cinayət işi açılıbmı, nəticəsi nə olub? Həmin xanım bizim ofisə yaxınlaşsın, məsələ ilə ətraflı maraqlanmağa, yardım etməyə çalışarıq. Aliment məsələsinə qaldıqda isə, bu, iqtisadi zorakılıqdır. Digər tərəfdən, onun haqqı yoxdur keçmiş həyat yoldaşının həyatına müdaxilə etməyə, işləməsinə mane olmağa…  Bəs bu ailə nə ilə dolansın?”.

Yazının sonunda sahə müvəkkili Aqillə əlaqə saxladıq (soyadını bildirmədi – red.). O Qafqaznews.az-a bildirdi ki, Niyazi İsmayılov iyunun 14-də 5 dəqiqə qapının ağzında uşaqla görüşüb, sonra qaytarıb: “Məhkəmə qətnaməsində uşaqla görüşmək hüququ ilə bağlı heç nə qeyd olunmayıb. Uşaqla görüşə dair məhkəmə qərarı olana qədər, bu məsələ polisin nəzarətindədir. Sizə artıq informasiya verə bilmərəm”.

Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR