Prezident İlham Əliyev: Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra etmir

president_business_forum_070616_7BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Azərbaycan-Almaniya biznes forumunda deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ikili standartlar siyasəti ilə üzləşir, çünki bəzi hallarda qətnamələr bir neçə gün ərzində icra olunur, Azərbaycana gəldikdə isə onlar 20 ildən artıqdır yerinə yetirilmir: “Təəssüf ki, Ermənistan hökumətinə qarşı sanksiyalar tətbiq olunmur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR