Qadın küçənin bütün zibillərini həyətə yığır- VİDEO

35156596Paytaxtın Xətai rayonunda yaşayan bir qadın evin həyətini zibilxanaya çevirib. Küçədə əlinə nə keçsə, gətirib atır evin həyətinə. Ərazidə yaşayan sakinlər deyir ki, ora yığılan həşəratların əlindən və ətrafa yayılan pis qoxudan küçəyə çıxmaq olmur.

Yararsız yataq dəstləri, müxtəlif tullantı məhsulları… Görüntülər hər hansı zibil poliqonundan yox, paytaxtın Xətai rayonu, General Naximov küçəsi-93 B ünvanında yerləşən yaşayış evinin həyətindədir.Küçə sakinlərinin sözlərinə görə 4 il əvvəl bu evi rus əsilli ağbirçək bir qadın alıb. Elə o vaxtdan da əlinə nə keçsə gətirib evin həyətinə yığıb.Çəkiliş aparılan vaxt evin sahibini tapa bilmədik. Qapıya da iri bir qıfıl vurulmuşdu. Həyətdəki zibilliyi də hasarın üstündən çəkə bildik. Sakinlər deyir ki, ətrafa yayılan üfunət qoxusundan və həşəratların əlindən həyətə çıxmaq olmur.

Dəfələrlə ev sahibinə bununla bağlı irad tutsalar da, heç bir nəticəsi olmayıb. Məsələ ilə bağlı əraziyə cavabdeh olan “Abşeron Zeytun MMC”-dən bildirildi ki, sabah həmin həyətdəki zibillər yığılıb atılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR