Qafqaznews.az-ın redaktoru İmran Kərimli 43 yaşını qeyd etdi

CAM00163İyunun 8-də Qafqaznews.az saytının redaktoru İmran Kərimlinin 43 yaşı tamam olur. Qafqaz Xəbər Agentliyinin yarandığı ilk günlərdən bəri, İmran Kərimli bizim yanımızda olub və ən çətin günlərdə birgə mübarizə aparmışıq. İmran Kərimli artıq 20 ildən çoxdur yaradıcılıqla məşğuldur. Son illərdə ölkənin bir sıra saytlarında köşə yazıları ilə çıxış edir. Öz fəallığı, enerjisi və ən əsası, zəngin mütaliəsi ilə hər zaman fərqlənən İmran Kərimli agentliyimizin “bel sütunu” sayılır. Biz həmkarımızı bu gözəl gün münasibətilə təbrik edir, onunla daha neçə illər birlikdə çalışmağı, hər zaman da xoş xəbərlər bölüşməyi arzu edirik.

Səmimi qələm dostumuz İmran müəllimə ailə səadəti, uzun ömür və can sağlığı arzusu ilə, Qafqaz Xəbər Agentliyinin kollektivi

CAM00163

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR