“Qarabağ”ın qapıçısı Bosniya və Herseqovina yığmasının heyətində kubok qazanıb – VİDEO

eafd1fc7-0e3a-4801-a28d-5f856bc322fe_292“Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində Kirin Kubokunu qazanıb. “Report”un məlumatına görə, 28 yaşlı qolkiperin komandası Yaponiyada keçirilən turnirin finalında təşkilatçı ölkə yığmasına qalib gəlib – 2:1.

Start heyətində meydana çıxan Şehiç 28-ci dəqiqədə Hiroşi Kiyotakenin zərbəsinə əngəl ola bilməyib. Lakin bundan cəmi 1 dəqiqə sonra Milan Curiç bərabərlik, 66-cı dəqiqədə isə bərabərlik qolunu vurub.

Qeyd edək ki, 3-cü yeri Bolqarıstanı 4:0 hesabı ilə məğlub edən Danimarka tutub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR