Qardaş 17 yaşlı bacısının başını kəsib – Dəhşətli qətlin üstü açıldı (VİDEO)

baskesmeTovuzda 17 yaşlı qızı qardaşı qətlə yetirib.

Qız təhsilini yarımçıq saxlayıb, anası vəfat edib, atası başqa qadınla evlənib.

 İyunun 19-da Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 17 yaşlı  Günay Gülməmmədovanın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub. Aşağı Quşçu kənd sakini 22 yaşlı Ruslan Gülməmmədov bacısını bıçaqla boğazını kəsərək öldürüb, çayın üzərindəki körpünün altına atıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Ruslan Gülməmmədov saxlanılıb. Aşağı Quşçu Bələdiyyəsinin sədri Tofiq Hüseynov da faktı təsdiqləyib.

17 yaşlı qız orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Anası bir müddət əvvəl vəfat edib, taksi sürücüsü olan atası isə başqa qadınla ailə qurub. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR