Qazaxıstanda öldürülən terrorçuların sayı 13 nəfərə çatıb

f7cad9afa33f03304d429dbbf17ea3bdQazaxıstanın Aktobe şəhərində baş vermiş terror hücumları zamanı öldürülən ekstremistlərin sayı 13 nəfərə çatıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Saudabayev deyib. O bildirib ki, daha 4 ekstremist yaralanıb, 7 nəfər isə axtarışdadır: “Ölkənin daxili işlər orqanlarının bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışır. Şəhərdə və ümumilikdə respublika ərazisində vəziyyət stabil və nəzarət altındadır”.

Xatırladaq ki, iyunun 5-də Aktobe şəhərində 2 silah mağazasına və hərbi hissəyə hücum edilib. Atışma zamanı 3 nəfər dinc sakin və 3 hərbçi həlak olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR