Qazaxıstanda “rəngli inqilabların” əlamətləri peyda olub

img2105339Qazaxıstan prezidenti Nursultan Nazarbayev  Qazaxıstanda “rəngli inqilab”ın əlamətlərinin  göründüyünü bildirib.
Musavat.com-un gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, prezident bəyan edib ki, onun ölkəsi terroçuların və ekstremistlərin zərərsizləşdirilməsi üçün ən sərt tədbirlərə əl atacaq.
Nazarbayev bildirib ki, dövlətin əlində bunun üçün bütün güc və imkanlar var.
“Biz bilirik ki, “rəngli inqilablar” müxtəlif metodlara malikdir və mitinqlər, qətllər, hakimiyyəti ələ keçirməyə cəhdlərdən başlayır. Artıq bu əlamətlər bizdə də peyda olub”- deyə Nazarbayev bəyan edib.
Qeyd edək ki, Qazaxıstanda Aktobe hadisələri ilə bağlı iyun ayının 9-da matəm elan edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR