Qazaxıstanda yeni terror aktı

4523B206-A07C-4B0C-AD6D-63B8716829E4_cx0_cy4_cw0_mw1024_s_n_r1Pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar.

Bazar günü iki silah mağazasına və hərbi hissəyə hücumun baş verdiyi Qazaxıstanın Aktyubinsk vilayətində pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumakanov bildirib.

“Bu gün səhər Aktyubinskdə yerli vaxtla saat 08.06-da ağ rəngli “Lada” avtomobilindən pioner düşərgəsinin mühafizəçisinə atəş açıblar”, – Jumakanov Qazaxıstan prezidenti Nursultan Nazarbayevə azadlıqda olan altı ekstremistin saxlanılması işinin gedişatına dair məruzə edərkən bu barədə bildirib.

Daha öncə Aktobedə bazar günü baş verən hücumların altı iştirakçısının azadlıqda qaldığı barədə məlumat yayılmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR