Qazlı içki insanı ölümə yaxınlaşdırır?

img2102684“Circulation” jurnalında dərc olunan məqalədə şirin qazlı içkilərdən çox istifadənin dünyada hər il təqribən 184 min insanın ölümünə səbəb olduğu yazılıb. Həmçinin əlavə çəki ilə yanaşı, sağlamlıqla bağlı bir çox problemlərin yaranmasına da gətirib çıxarır.
Qazlı içkilərdən istifadə tezliyini bu insanların ölümü ilə qarşı-qarşıya qoyan alimlər qrupu aşkar edib ki, bu içkilərdən çox istifadə etmə birbaşa və dolayı yolla hər il təqribən 180 min insanın ölümünə səbəb olur. Ölüm hallarının əksər hissəsi II tip şəkərli diabetin, 45 mini ürək və damar xəstəliklərinin, 6,5 mini isə xərçəng xəstəliyinin payına düşür. Gün ərzində cəmi 2 şüşə şəkərli qazlı içki içmək insanların şirin dadları bilmə hissini kütləşdirir və onları şəkərə daha da meylləndirir. Qazlı içkilərin əsasən ürək xəstəlikləri, qaraciyər çatışmazlığı, hipertaniya, maddələr mübadiləsinin pozulması kimi fəsadlar törətdiyi bildirilir.
Eyni zamanda, hər orqana fərqli şəkildə zərər verir. Bu içkilər asılılıq yaradır və bir çox orqanlara qalıcı ziyan verir.  Harvard Universitetinin araşdırmalarına görə, qazlı içkilərin içində olan fosfat erkən yaşlanmaya səbəb olur, infarkt riskini artırır.
Bədəndəki kalsium tarazlığını pozub sümük əriməsinə gətirib çıxardır, diş minasına zərər verir. Həmçinin qazlı içkilərin siqaret qədər zərər verdiyi də deyilir. Əksər sərinləşdirici suların dibində çöküntü olur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR