Qırğızıstanda hökuməti ələ keçirməyə hazırlaşan siyasətçi saxlanılıb

88332e43-9e7f-4c18-8f58-1506be8b5496_292Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları ölkədə hökuməti ələ keçirmək cəhdində şübhəli bilinən məşhur siyasətçi Dastan Sarıqulovu saxlayıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“Sarıqulov bir sıra şəxslərin hökuməti zorla  ələ keçirməkdə şübhəli bilindiyi cinayət işinin araşdırılması çərçivəsində yeni halların üzə çıxması ilə bağlı saxlanılıb”, – məlumatda deyilir. Siyasətçi müvəqqəti saxlanma təcridxanasında şübhəli şəxs qismində saxlanılır.

Bu ilin yazında Qırğızıstanda bir neçə ictimai xadim həbs olunub. Onlar dövlət çevirilişinin hazırlanmasında şübhəli bilinir. Bu siyahıda Sarıqulovun da adı olub, o zaman siyasətçi ev dustaqlığına məhkum edilib.

Bundan başqa, indi D.Sarıqulova qarşı korrupsiya maddəsi ilə ittiham da irəli sürülə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR