Qısqanclıq xəstəlik kimi təsdiqləndi

img2101300İtaliya alimləri evli cütlükləri tədqiq edib və müəyyən edib ki, qısqanclıq müalicə tələb edən xəstəlikdir.
Həm də qeyd olunur ki, qısqanclıq özünə inamsızlığa əsaslanır. Lakin bundan başqa, hər qısqanclıq hadisəsi “patologiya” adlı ifadəyə aid edilə bilər. Patologiya – ilk növbədə, qısqanclığın aqressiv formada təzahürüdür. İtalyan alimləri insan beynində istənilən insanı ifrat qısqanca çevirə bilən nahiyə aşkar ediblər.
Alimlərin fikrincə, qısqanclıq insan beyninin müəyyən hissələrində müşahidə olunan aktivlikdən qaynaqlanır. Belə hallar insanın öz üzərində nəzarəti itirməsinə səbəb olduğuna görə çox təhlükəlidir. Qısqanclıq onu düşünülməmiş hərəkətlərə sövq edə biləcək affekt vəziyyətinə də çatdıra bilər.
Elm artıq çoxdan sübut edib ki, güclü hisslər öz-özlüyündə orqanizmdə patologiyanın olmasına işarədir. Buna qədər sevginin də xəstəlik olduğu müəyyən olunmuşdu.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR