Ramil Usubov iki polis rəisini dəyişdi

img2117728Nazir müvafiq əmrlər imzalayıb.

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.

Qafqaznews.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, nazir Ramil Usubovun imzaladığı əmrə əsasən, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Ədalət Yaqub oğlu Abbasov Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.

R.Usubovun digər əmri ilə Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Hidayət oğlu Məhərrəmovu Xaçmaz rayon polis şöbəsinin rəisi təyin olunub.

Yeni təyinatlar bölgənin hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR