Ərdoğan: “7 600 terrorçu zərərsizləşdirilib”

16428155-89be-4bae-baef-b6753cff6f0c_292“Türkiyə müdafiə sənayesinin təxminən 80 faizi xaricdən asılı idi, inidi bu rəqəm 40 faizə qədər enib”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Tərsanə komandanlığında Burgazada gəmisinin dənizə yola salınması mərasimində deyib.

“2009-cu ildə fərqli adlar adı altında həyata keçirdiyimiz islahatlara terror qruplaşmasının (terrorçu PKK qruplaşmasını nəzərdə tutur- “Report”) problem yaratdığı təsdiqləndi. Son illər terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar nəticəsində 7 600-dən çox terrorçu zərərsizləşdirilib”, – deyə, o bildirib.

8d38c171-2970-47a7-8342-6a71e5397f18

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR