Ərdoğan Məhəmməd Əlinin dəfn mərasiminə qatılacaq

скачанные файлыDəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-a gedəcək.

Oxu.Az xəbər verir ki, Türkiyənin “Milliyet” qəzetinin məlumatına görə, Ərdoğan boksun əfsanəsi Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün çərşənbə günü gecə yola çıxacaq.

Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində iyunun 10-da dəfn olunacaq.

Məlumata görə, dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq.

Məhəmməd Əli iyunun 3-də 74 yaşında Finiks (ABŞ) xəstəxanalarının birində dünyasını dəyişib. İdmançı 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR