Ərindən 32 ilin təkliyinin qisasını aldı

250773Səudiyyə Ərəbistanında qadın 32 il tənha qalmasının qisasını çox ağır şəkildə alıb

Paytaxt Ər-Riyadın məhkəməsi M.Mustafa adlı kişini arvadına qarşı “hədsiz və yolverilməz dərəcədə laqeydlik”də suçlayıb. İttihamnamədə bildirilir ki, kişi 1983-cü ildə atıb getdiyi arvadına mənəvi əzab verdiyindən həmin qadının “32 il davam etmiş tənhalığına görə” təzminat ödəməlidir: “Müttəhim 1983-cü ildən bəri arvadına və oğluna maddi dəstək verməyib. Qadın məhkəməyə şikayətlənib, özü ilə iki şahid də gətirərək sübut edib ki, əri 32 ildən bəri ona əsla yardım etməyib, dəstək olmayıb”.

Məhkəmənin qərarı ilə kişi arvadına 1,53 milyon rial (təqribən 400 min dollar) aliment, oğluna isə 1,34 milyon rial məbləğində təzminat ödəməlidir.

Bundan başqa, hökmdə deyilir: “Qadın və oğlu hər Ramazan ayını müttəhimsiz keçirdiklərinə görə müttəhim arvadına son 32 ilin hər Ramazan ayı üçün ikiqat məbləğdə aliment verməlidir”.(milli.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR