Rio-de-Janeyroda 2016-cı il Oyunlarının Olimpiya kəndi açılıb

2f4a01cd-37d2-404e-a6e5-1b411003a2a4_292Rio-de-Janeyroda 2016-cı il Olimpiya oyunlarının iştirakçı ölkələrinin nümayəndə heyətlərinin qalacağı Olimpiya kəndi açılıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, kənddə 18 mindən artıq olimpiyaçı və paraolimpiyaçı, rəsmi şəxslər və könüllülər qalacaq.

Kompleks hər birində 3600 yaşayış evi olan 31 binadan ibarətdir. Kəndin ərazisində idmançılara kosmetoloq və psixoloq xidmətləri təklif olunacaq, eləcə də kompleksdə çoxkonfessiyalı dini mərkəz, üzmə hovuzları və tennis kortları yerləşir.

İlk idmançıların kəndə iyulun 24-də gələcəyi gözlənilir.

2016-cı ilin Olimpiya Oyunları Braziliyada avqustun 5-21-də keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR