Ronaldo: “Messinin gözyaşlarını görmək…”

69776“Real”ın hücumçusu Kriştiano Ronaldo Argentina millisindəki karyerasını başa vuran Lionel Messi haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu Messinin yenidən yığmaya qayıdacağına ümid etdiyini bildirib:

“Messi çox çətin bir qərar verdi. Azarkeşlər də onu anlamalı və qərarını qəbul etməlidir. Messi meydana uduzmaq və ya ikinci olmaq üçün çıxmamışdı. Əgər sən penalti zərbəsini dəqiq yerinə yetirə bilmirsənsə, bu sənin pis oyunçu olmağın anlamına gəlməməlidir. Messinin gözyaşlarını görmək məni məyus etdi. Ümid edirəm ki, o yenidən yığmaya qayıdacaq”.

Qeyd edək ki, Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR