Rusiya Türkiyəyə görə 1200 illik məclisdən imtina etdi

443495Moskva Patriarxlığı Ümumpravoslav Məclisində iştirakdan imtina edib.

Qafqaznews.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Moskva Patriarxlığının rəsmi nümayəndəsi Mitropolit İllarion söyləyib. Onun sözlərinə görə, bütün kilsələrin iştirak etməyəcəyi halda Ümumpravoslav Məclisi legitim olmayacaq.

Qeyd edək ki, Ümumpravoslav Məclisi 16 iyunda start götürəcək və 26 iyuna qədər davam edəcək. Məclisin təşkilatçısı Konstantinopol Patriarxlığıdır.

Krit adasından öncə bu görüşün İstanbulda keçirilməsi nəzərdə tutulsa da, sonradan Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi buna mane olub. Rəsmi olaraq sonuncu dəfə Ümumpravoslav Məclisi VIII əsrdə çağırılıb.

Bundan öncə Gürcüstan, Bolqarıstan, Serbiya və Antioxiya pravoslav kilsələri də Ümumpravoslav Məclisində iştirakdan imtina ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR