Rusiya XİN başçısı Parisdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

46582c6d-36ca-4c30-a337-b4c2a15460ce_292Rusiya xarici işlər naziri Sergey Lavrovun Parisə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, səfər Fransanın xarici işlər naziri Jan-Mark Eyronun dəvəti əsasında iyunun 29-da baş tutacaq. Qarabağ problemindən başqa, Ukrayna və Suriyadakı vəziyyət də müzakirə olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR