Rusiyada qayıqların göldə fırtınaya düşməsi nəticəsində 13 uşaq ölüb, 1 azyaşlı itkin düşüb

d14da39e-a7a5-4ef7-9783-f2394fa8a65c_292İyunun 19-da Rusiyanın Kareliya Respublikasında yerləşən Syamozero gölündə səyahət zamanı göyərtəsində 47 nəfərin olduğu üç qayığın fırtınaya düşməsi nəticəsində 13 uşaq ölüb, 1 azyaşlı itkin düşüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə faciə nəticəsində 15 uşağın ölməsi faktını təkzib edən respublika rəhbəri Aleksandr Xudilaynen məlumat verib.

“13 uşaq ölüb, 14-cü hələ tapılmayıb”, — deyə o bildirib.

O, uşağın axtarışlarının davam etdirildiyini əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR