Rusiyanın sabiq maliyyə naziri: “Sanksiyalar Rusiyanın ÜDM-ni azaldır”

ebc0635bd4fb3db973b57c0dc6f05592Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin sanksiya rejiminin  Rusiyanın ÜDM-nin ildə 0.8-1 faizədək azalmasına səbəb olduğunu bildirib.

Rusiyanın RNS-ə istinadən verdiyi xəbərə görə, Kudrin qeyd edib ki, Rusiyanın dünya bazarlarında və beynəlxalq kooperasiyada iştirakının genişləndirilməsi perspektivlərinə dair müşahidə olunan yüksək qeyri-müəyyənlik ölkəyə yeni investisiyaların cəlb olunmasını ləngidir.

Sabiq maliyyə naziri əlavə edib ki, Rusiya iqtisadiyyatı rublun zəifləməsi səbəbindən 2004-2005-ci illərin səviyyəsinə düşüb (milli valyutanın real kursunun göstəricisinə görə).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR