Rusiyanın tanınmış aktyoru vəfat edib

3d07bd09-e08f-43a2-9adf-dff1ca787e3e_292Rusiyanın tanınmış aktyoru, müğənni və teleaparıcı Aleksey Dayneko vəfat edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı sənətçinin dünyasını dəyişməsi ilə bağlı xəbəri həyat yoldaşı sosial şəbəkədə yayıb.

A.Daynekonun ölümünün səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, iyunun 1-də A.Daynekonun ayağının sınması haqqında məlumat yayılıb. Həmin hadisədən sonra aktyorun səhhətində dəyişiklik qeydə alınmayıb.

Son illər Rusiyada çəkilən kriminal seriallarda rollar ifa edən A.Dayneko 1970-ci il iyunun 5-də  anadan olub. O, kino karyerasında 30-dan çox film və seriala çəkilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR